Azərbaycan prezidenti iranlı həmkarına başsağlığı verib
https://azeri.sahartv.ir/news/azərbaycan-i268110-azərbaycan_prezidenti_iranlı_həmkarına_başsağlığı_verib
Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının prezidenti Həsən Ruhaniyə başsağlığı məktubu göndərib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 05, 2017 09:07 Asia/Baku
  • Azərbaycan prezidenti iranlı həmkarına başsağlığı verib
    Azərbaycan prezidenti iranlı həmkarına başsağlığı verib

Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının prezidenti Həsən Ruhaniyə başsağlığı məktubu göndərib.

Məktubda deyilir: "Hörmətli cənab Prezident!

 

Gülüstan vilayətindəki kömür mədənində baş vermiş partlayış nəticəsində insanların həlak olması xəbəri məni olduqca kədərləndirdi.

 

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"