Nəsimi rayonunda sakinlər etiraz aksiyası keçiriblər
https://azeri.sahartv.ir/news/azərbaycan-i268186-nəsimi_rayonunda_sakinlər_etiraz_aksiyası_keçiriblər
Bakının Nəsimi rayonunda sakinlər binaların arasında tikintinin başlanmasına görə etiraz aksiyası keçiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 06, 2017 05:52 Asia/Baku
  • Nəsimi rayonunda sakinlər etiraz aksiyası keçiriblər
    Nəsimi rayonunda sakinlər etiraz aksiyası keçiriblər

Bakının Nəsimi rayonunda sakinlər binaların arasında tikintinin başlanmasına görə etiraz aksiyası keçiriblər.

 “Report”un veridiyi məlumata görə, 5-ci mikrorayon ərazisində yerləşən sakinlər sıx ərazidə tikiləcək obyektin onların həyatını çətinləşdirəcəyini bildirirlər.

 

Sakinlər obyektin tikintisindən sonra 4 binaya gediş gəlişin çətinləşəcəyini, təcili tibbi yardım və yanğınsöndürən maşınların daxil olması üçün yolun bağlanacağını deyiblər.

 

İş icraçıları sakinlərə “Nicat” MMC tərəfindən tikiləcək obyektin şahmat məktəbi olacağını bildiriblər.

 

Nəsimi Rayon İcra Hakimiyyətinə göndərilən sorğunun cavabında isə bildirilib ki, həmin ərazidə şahmat klubunun tikintisi nəzərdə tutulmayıb.