AXCP-nin 18 üzvü dövlət işlərindən çıxarılıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i268356-axcp_nin_18_üzvü_dövlət_işlərindən_çıxarılıb
Azərbaycan Respublikasında Xalq Cəbhəsi Partiyası- AXCP özünün on səkkiz üzvünün dövlət işlərindən çıxarılmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 07, 2017 08:12 Asia/Baku
  • AXCP-nin 18 üzvü dövlət işlərindən çıxarılıb
    AXCP-nin 18 üzvü dövlət işlərindən çıxarılıb

Azərbaycan Respublikasında Xalq Cəbhəsi Partiyası- AXCP özünün on səkkiz üzvünün dövlət işlərindən çıxarılmasından xəbər verib.

Aran-Nyus-un məlumatına görə, AXCP-nin sədr müavini Gözəl Bayramlı deyib ki, bu şəxslər müxaliflərin milli şurasının səkkiz aprel aksiyasında iştirakdan sonra işlərindən çıxarılıblar.

O, vurğulayıb ki, bu partiyanın üzvləri ölkənin müxtəlif məntəqələrində, o sıradan Goranboy, Neftçala, Oğuz, Qəbələ, Şəki, Masallı və Bakıda dövlət idarələrindən kənarlaşdırılıblar.

Azərbaycan Respublikası hökuməti ilə müxalif olan AXCP-nin həmin məsul şəxsi bildirib ki, dövlət işlərindən çıxarılmış şəxslər məhkəməyə şikayət edəcəklər.