Nardaran sakinlərinə hökm oxunub
May 12, 2017 04:50 Asia/Baku
-
Natiq Kərimov-İnqilab Əhədov
Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə ittiham olunan Nardaran sakini Natiq Kərimov və Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə N.Kərimova 4 il sınaq müddəti olmaqla 7 il şərti cəza, İ. Əhədova isə 5 il həbs cəzası verilib.
Natiq Kərimov 2015-ci ilin dekabrında və İnqilab Əhədov 27 yanvar 2016-cı il tarixdə casusluq və dövlətə xəyanət kimi maddələrlə həbs olunublar.
2011-ci ilin əvvəlindən etibarən Azərbaycan Respublikasında inanc kəsiminə qarşı ağır basqılar mövcuddur. Rəqəmlərə görə 200-ə yaxın Azərbaycanda siyasi məhbus var.