27 may Azərbaycanda Ramazan ayının 1-i elan olunub
https://azeri.sahartv.ir/news/azərbaycan-i270460-27_may_azərbaycanda_ramazan_ayının_1_i_elan_olunub
Qafqaz Müsəlmanları İdarəsi bu gün rəsmi iclas keçirdikdən sonra 27 mayı Azərbaycan Respublikasında mübarək Ramazan ayının 1-i elan edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 24, 2017 18:07 Asia/Baku
  • 27 may Azərbaycanda Ramazan ayının 1-i elan olunub
    27 may Azərbaycanda Ramazan ayının 1-i elan olunub

Qafqaz Müsəlmanları İdarəsi bu gün rəsmi iclas keçirdikdən sonra 27 mayı Azərbaycan Respublikasında mübarək Ramazan ayının 1-i elan edib.

İRİB-in Bakıdakı ofisinin məlumatına görə, bu rəsmi qurum Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Rəsədxanasının mübarək Ramazan ayı haqda hesablamalarına istinad edərək bu ayın birinin şənbə gününə təsadüf etdiyini bildirib. Azərbaycanın ruhaniləri və dini şəxsiyyətləri bu ölkə vətəndaşlarını QMİ tərəfindən yayımlanan təqvimdən istifadə etməməyə və digər təqvimlərdən istifadə etməyə dəvət ediblər. 

Qeyd edək ki, bu ölkədə Ramazan ayı bayramı Azərbaycanın müstəqilliyindən sonra hər il rəsmi bayram olaraq qeyd olunur və Nazirlər Kabinetinin builki qərarına əsasən, bu mübarək bayram münasibəti ilə Azərbaycanda 2 gün rəsmi istirahət günü elan olunub.