Qarabağ məsələsinin yeganə həll yolu, sülh yoludur
-
Qarabağ məsələsinin yeganə həll yolu, sülh yoludur
Avropa Parlamentinin xarici əlaqələr bölməsinin müdiri Qarabağ münaqişəsinin həssaslığı və onun siyasi yollarla həllini vurğulayıb.
Trend xəbər agentliyinin məlumatına görə, Avropa Parlamentinin xarici əlaqələr bölməsinin müdiri Devid Mak Alister Ermənistan paytaxtında deyib ki, Qarabağ münaqişəsinin hərbi həll yolu yoxdur və bu böhranın yeganə həll yolu, müzakirədir.
Mak Alisterin sözlərinə görə, bu müzakirələrin uzun sürməsinə baxmayaraq, onun dinc yollarla həlli Ermənistan və Azərbaycan Respublikasının xeyrinədir.
O, Ermənistan və Azərbaycan Respublikası arasındakı ixtilafların davam etməsindən təəssüf ifadə edərək, bildirib ki, Qarabağ münaqişəsinin beynəlxalq qanunlar əsasında həlli Avropa İttifaqının prioritetlərindən biri olmaqda davam edir.