NATO quru qoşunları komandanlıq qərargahının rəisi Azərbaycan müdafiə naziri ilə görüşüb
İyun 01, 2017 16:48 Asia/Baku
-
NATO quru qoşunları komandanlıq qərargahının rəisi Azərbaycan müdafiə naziri ilə görüşüb
NATO quru qoşunları komandanlıq qərargahı rəisi Bakıya olan səfəri zamanı Azərbaycanın müdafiə naziri general Zakir Həsənov ilə görüşüb.
İRİB-nin Bakıdan verdiyi məlumata görə, Erhan Uzun ilə Zakir Həsənov arasında baş tutan görüşdə NATO-Azərbaycan əməkaşlıqları, Azərbaycanın NATO-nun sülh naminə tərəfdaşlıq proqramlarında iştirakı və rolu, təhlükəsizlik məsələləri, regionun siyasi-təhlükəsizlik durumu və digər məsələlər barədə danışıqlar aparılıb.
Erhan Uzun Azərbaycan silahlı qüvvələrinə NATO standartları əsasında keçilən təlimlərin gedişi ilə yaxından tanış olmaq üçün Bakıya səfər edib.