Səmədov Qobustana göndərilmək üçün məhkəməyə
-
AİP lideri Mövsüm Səmədov
AİP lideri Mövsüm Səmədov Qobustan Qapalı Tipli təcridxanaya köçürülməsi ilə bağlı barəsində qərar çıxarılması üçün Qaradağ Rayon Məhkəməsinə aparılıb.
İslaminSesi xəbər verir ki, Qaradağ Rayon Məhkəməsində baş tutan məhkəmə prosesində dövlət ittihamçısı AİP liderinin 3 il müddətinə Qobustan Qapalı Tipili Təcridxanasına göndərilməsi istəyib.
Hakim hökm oxumaq üçün məhkəməni növbəti prosesə saxlayıb. Növbəti məhkəmə prosesi iyun ayının 9-na təyin edilib.
Azərbaycan İslam Partiyasının həbsdə olan sədrinin vəkili beynəlxalq təşkilatları müvəkkilinin həbsxanadakı ağır durumuna diqqət yetirməyə çağırıb.
Yalçın İmanov deyib: AİP sədri Möhsün Səmədov papağını götürməsi, özünü məhbus kimi təqdim etməkdən və fərdi səhiyyədən çəkinməsi kimi əsassız səbəblər üzündən tənbeh tədbirlərinin hədəfinə çevrilib bu onu fərdi kamerada saxlamaq üçün bir bəhanədir.
Hacı Mövsüm Səmədovun Hüquqlarının Müdafiə Komitəsi bildirib ki, Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilmişdir. Saxta ittihamlarla həbs olunmasına baxmayaraq 2011-ci ilin yanvar ayından məhbus həyatı yaşayır.