İmam Xomeyninin (rə) dünya müsəlmanlarının birliyindəki rolu
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri deyib: İran İslam Respublikasının banisi İmam Xomeyni (rə) həmişə dünya müsəlmanlarının həmrəyliyi, birliyinin möhkəmləndirilməsini vurğulayırdı.
İRNA-nın məlumatına görə, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Cavad Cahangirzadə şənbə günü Bakıda İmam Xomeyninin (rə) baxışınca müasir dünyada islamofobiyanın bəyan olunması konfransında deyib: Hal-hazırda qərb islamın mövqeyinə zərbə vurmağa çalışır. Buna əsasən dünyada islamofobiya genişlənir.
Cavad Cahangirzadə deyib: Belə bir şəraitdə islam ölkələri hər zamankından daha çox islam birliyinə ehtiyaclıdır və bu istiqamətdə mövcud maneələri tanımalı və onların aradan qaldırılması istiqamətində çalışmalıyıq.
Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Aran da bu konfransda İmam Xomeynini (rə) dünyanın müasir tarixinin böyük şəxsiyyəti adlandırıb: Yaxın Şərq və islam ölkələrində münaqişə və müharibələrin əsas səbəblərindən biri müsəlmanlar arasında birliyin olmamasıdır.
Bu konfransda həmçinin dünya müsəlmanları, o cümlədən Fələstin xalqının hüquqlarının qorunması istiqamətində İmam Xomeyninin (rə) rolu araşdırılıb.