Gürcüstan prezidenti Muxtarlının ailəsinə vətəndaşlıq verməyə hazırdır
https://azeri.sahartv.ir/news/azərbaycan-i271838-gürcüstan_prezidenti_muxtarlının_ailəsinə_vətəndaşlıq_verməyə_hazırdır
Baş nazir Kvirikaşvilinin Əfqan Muxtarlının ailə üzvlərinə vətəndaşlıq verilməsi təklifini Gürcüstan prezidenti Georgi Marqvelaşvili razılıqla qarşılayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 05, 2017 07:29 Asia/Baku
  • Gürcüstan prezidenti Muxtarlının ailəsinə vətəndaşlıq verməyə hazırdır
    Gürcüstan prezidenti Muxtarlının ailəsinə vətəndaşlıq verməyə hazırdır

Baş nazir Kvirikaşvilinin Əfqan Muxtarlının ailə üzvlərinə vətəndaşlıq verilməsi təklifini Gürcüstan prezidenti Georgi Marqvelaşvili razılıqla qarşılayıb.

Bu barədə məlumatı prezident aparatının rəhbəri Georgi Abaşişvili verib. Aparat rəhbəri bu məsələni müzakirə etmək üçün Əfqan Muxtarlının həyat yoldaşl ilə görüşəcəyini bildirib.

Jurnalistin xanımı Leyla Mustafayeva Gürcüstan vətəndaşlığı almaqdan imtina edib.

Leyla xanım bu təklifdən imtina edib. “Mən yoldaşımın oğurlandığı ölkənin vətəndaşı olmaq istəmirəm” deyib.

Leyla Mustafayeva bu təklifi hökumətin şousu kimi qiymətləndirdiyini bildirib.

Azərbaycanlı jurnalist Əfqan Muxtarlı məhkəmədə deyib ki, Gürcüstanda oğurlanıb, başına torba keçirib Azərbaycanın sərhəd zonasına gətirilənə qədər həmin giziri ümumiyyətlə, görməyib. Jurnalistin sözlərinə görə, onu oğurlayanlar xüsusi formada olublar.

Demokratik təşkilatlar və təsisatlar Gürcüstanı Muxtarlının oğurlanmsı  və Azərbaycanı jurnalistin həbsinə görə qınayırlar.