İran və Azərbaycan korrupsiya ilə mübarizədə əməkdaşlıq edir
İran və Azərbaycan korrupsiya halları ilə mübarizə sahəsində əməkdaşlıq edirlər.
İRNA-nın məlumatına görə, İranın Baş Təftiş İdarəsinin direktoru Nasir Sirac və Azərbaycanın baş prokuroru Zakir Qaralov çərşənbə axşamı günü İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Korrupsiyaya qarşı mübarizə təşkilatları rəhbərlərinin və Ombudsmanlarının 3-cü iclasının kənarında baş tutan görüşdə korrupsiya ilə mübarizəni vurğulayıblar.
Sirac bu görüşdə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Korrupsiyaya qarşı mübarizə təşkilatları rəhbərlərinin və Ombudsmanlarının 3-cü iclasının Bakıda keçirilməsini yüksək qiymətləndirib və korrupsiya ilə mübarizə sahəsində informasiya və təcrübənin mübadiləsi və əməkdaşlıq perspektivini müsbət adlandırıb.
Zakir Qaralov da bu görüşdə Azərbaycanın Baş Prokurorluğunun korrupsiya il əmübarizə komissiyasının fəaliyyətləri haqda məlumat verib.
İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Korrupsiyaya qarşı mübarizə təşkilatları rəhbərlərinin və Ombudsmanlarının 3-cü iclası çərşənbə axşamı günü Azərbaycan paytaxtı Bakı şəhərində işə başlayıb.