İlham Əliyev müsəlman həmrəyliyinə təkid edib
https://azeri.sahartv.ir/news/azərbaycan-i272908-İlham_Əliyev_müsəlman_həmrəyliyinə_təkid_edib
Azərbaycan Respublikası prezidenti deyib: Müsəlman ölkələri öz aralarındakı problemləri dinc yolla həll etməlidir
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 13, 2017 13:34 Asia/Baku
  • İlham Əliyev müsəlman həmrəyliyinə təkid edib
    İlham Əliyev müsəlman həmrəyliyinə təkid edib

Azərbaycan Respublikası prezidenti deyib: Müsəlman ölkələri öz aralarındakı problemləri dinc yolla həll etməlidir

İRİB-in verdiyi məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev mübarək ramazan ayı münasibəti ilə müsəlman öllkələrin səfirləri və diplomatları ilə görüşündə deyib müsəlman ölkələrin öz aralarındakı problemləri asanlıqla həll edəcəklərinə əmin olduğunu bildirib və müsəlman ölkələrin birliyi və həmrəyliyinin gücləndirilməsini vurğulayıb. 

İlham Əliyev deyib:  Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi işinə öz töhfəsini verir. “Bildiyiniz kimi, bu il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilib. İl ərzində ölkəmizdə və digər ölkələrdə bir çox tədbirlər keçirilib. 

Azərbaycan Respublikası prezidenti Qarabağ münaqişəsinin həllinə təkid edərək işğal olunmuş torpaqların durumunu şərh edib və münaqişənin BMT qətnamələri əsasında həll edilməsini istəyib. 

İlham Əliyev Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində məscidləri dağıtmasına da diqqət çəkərək deyib: Bu islam dünyasına qarşı cinayətdir.