Səmədov 3 il müddətinə Qobustana göndərildi
https://azeri.sahartv.ir/news/azərbaycan-i273006-səmədov_3_il_müddətinə_qobustana_göndərildi
Doktor Mövsüm Səmədovun Qobustan Qapalı təcridxanasına göndərilməsi ilə bağlı keçirilən məhkəmə prosesi başa çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 14, 2017 15:29 Asia/Baku
  • Səmədov 3 il müddətinə Qobustana göndərildi

Doktor Mövsüm Səmədovun Qobustan Qapalı təcridxanasına göndərilməsi ilə bağlı keçirilən məhkəmə prosesi başa çatıb.

"İslaminSesi" nin məhkəməni izləyən əməkdaşının verdiyi məlumata görə, prosesə sədrlik edən Qaradağ rayon məhkəməsinin hakimi Rəşad Məmmədov  doktor Mövsüm  Səmədovun 3 il müddətində Qobustan təcridxanasında cəza çəkməsinə qərar verib.  

Qaradağ rayon məhkəməsinin zalının kiçik olmasına görə, hamının iştirakı mümkün olmayıb. Hətta Möhsün Səmədovun 12 yaşlı qızı da məhkəmə zalına girə bilməyib. 

Mövsüm Səmədov 2011-ci ildə tənqidçi çıxışından sonra hakimiyyəti güclə ələ keçirməyə cəhd göstərmək ittihamı ilə 12 il azadlıqdan məhrum edildi. 

Mövsüm Səmədov 2014-cü ildə Qobustan Qapalı təcridxanasına göndərilmiş və 2016-cı ildə Qobustan təcridxanasından 12 saylı CÇM-yə qaytarılmışdı.