Qazaxıstan, Azərbaycan R. və Gürcüstan arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
İyun 18, 2017 09:32 Asia/Baku
-
Qazaxıstan, Azərbaycan R. və Gürcüstan arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
Xəzər dənizinin qərbinə şərq dəhlizinin bərpası haqqında memorandum Qazaxıstan, Azərbaycan R. və Gürcüstan tərəfindən Qazaxıstanın paytaxtı Astanada imzalanıb.
IRIB-nin məlumatına görə, bu memorandum Qazaxıstanda keçirilən Ekspo-2017 sərgisinin kənarında imzalanıb. Memorandumda məqsəd, Xəzər dənizi vasitəsilə Çin bazarlarından Avropa bazarlarına uzanan qovşaq xətlərinin bərpasıdır.
Beynəlxalq Ekspo-2017 sərgisi iyunun on birində Qazaxıstanın paytaxtı Astana şəhərində başlanıb və sentyabr ayınadək doxsan gün müddətinə davam edəcəkdir.
"Gələcəyin enerjisi" adı altında keçirilən beynəlxalq Ekspo-2017 sərgisində yüz əlli ölkə və iyirmi beynəlxalq təşkilat özünün enerji sahəsindəki son nailiyyətlərini sərgiləyibdir.