Los-Ancelesdə Bakı-Təl-Əviv əlaqələri ilə bağlı mərasim keçirilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i273404-los_ancelesdə_bakı_təl_Əviv_əlaqələri_ilə_bağlı_mərasim_keçirilib
Ravvin David Velpi sionist rejimlə Azərbaycan Respublikası arasındakı yaxın əlaqələri yüksək qiymətləndirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 18, 2017 09:47 Asia/Baku
  • Los-Ancelesdə Bakı-Təl-Əviv əlaqələri ilə bağlı mərasim keçirilib
    Los-Ancelesdə Bakı-Təl-Əviv əlaqələri ilə bağlı mərasim keçirilib

Ravvin David Velpi sionist rejimlə Azərbaycan Respublikası arasındakı yaxın əlaqələri yüksək qiymətləndirib.

IRIB-nin beynəlxalq xidmətinin AzərTac-a istinadlı məlumatına görə, dünən Los-Ancelesdə Azərbaycan Respublikası ilə sionist rejim arasında diplomatik əlaqələrin bərqərar edilməsinin 25-ci ildönümü mərasimi keçirilib.

Azərbaycan Respublikası və sionist rejimin Los-Ancelesdəki baş konsulları- Nəsimi Ağayev və Sam Qrundurq Amerikada ən nüfuzlu yəhudi mərkəzlərindən olan "Sinay" sinaqoqunda keçirilən bu mərasimə əsas qonaqlar kimi dəvət olunmuşdular.

Amerikada ən nüfuzlu ravvinlərdən olan ravvin David Velpi bu mərasimdə etdiyi çıxışında "Sinay" sinaqoqundan iri bir heyətin 2015-ci ildə Azərbaycan Respublikasına səfər etdiyini xatırladaraq, deyib ki, bu səfər qonaqların üzərində böyük təsir buraxdı.

Azərbaycan Respublikasının Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev Azərbaycan Respublikasında tolerantlıq barədəki çıxışında deyibdir ki, bütün dinlər və etnoslar Azərbaycan Respublikasındakı yəhudilər icması ilə dostluq əlaqələrinə malikdirlər.

Ağayevin Azərbaycan Respublikasında tolerantlıq barədəki sözləri elə bir halda söylənibdir ki, bu ölkədə əksəriyyət təşkil edən şiələr dini mərasimlərin keçirilməsi üçün daim müxtəlif təzyiqlərlə üzləşirlər.