Bakıda 5 ölkə arasında dəmiyolu həmkarlıqları protokolu imzalanıb
Cənub-Qərb dəmiyolu dəhlizinin işə salınması məqsədilə Bakıda İran İslam Respublikası daxil olmaqla beş ölkənin dəmiryolu rəsmiləri arasında əməkdaşlıq protokolu imzalanıb.
IRIB-nin Bakı ofisinin məlumatına görə, bu protokol bu gün İran İslam Respublikası, Azərbaycan Respublikası, Gürcüstan, Ukrayna və Polşa arasında imzalanıbdır.
Bu protokol əsasında İrandan tranzit yolu ilə Hİndistan və Pakistana, həmçinin Fars Körfəzi ətrafındakı ölkələrə və əks istiqamətdə yük daşınması, ixracat və idxalat həyata keçiriləcək.
İran İslam Respublikasının dəmiryolu şirkətinin sərəncamçı müdiri Səid Mohəmmədzadə bu iclasda bu dəhlizin önəminə işarə edib. O, cənub-şərqi Asiya, Hindistan, Avropanın şərqi və Avropa arasında ticarət mübadilələrinin yüksək həcminə, eləcə də uzun müddətə və yüksək qiymətlərlə uzun marşrutlardan əmtəə malının daşınmasına toxunaraq, cənub-qərb dəmiryolu vasitəsilə əmtəə malın daşınmasının cazibədarlığını vurğulayıbdır.