MQ həmsədrlərinin bölgəyə səfərləri başa çatıb
İyun 20, 2017 10:06 Asia/Baku
-
MQ həmsədrlərinin bölgəyə səfərləri başa çatıb
ATƏT-in Minsk qrupu həmsədrlərinin Qarabağ münaqişəsinin həlli üzrə bölgəyə ongünlük səfəri bir bəyanatın yayılması ilə başa çatıb.
Rusiya, Amerika və Fransa nümayəndələrindən ibarət Minsk qrupunun həmsədrləri həmin bəyanatda Rusiya, Azərbaycan Respublikası və Ermənistan xarici işlər nazirlərinin aprelin 28-də Moskvada keçirilmiş iclaslarının ardınca reallaşmış bu səfərdə əsas hədəflərini Qarabağ münaqişəsinin həlli barədə müzakirə və bölgənin ümumi durumunun araşdırılması elan ediblər.