Ermənistan Sutka ərzində atəşkəs rejimini 158 dəfə pozub
https://azeri.sahartv.ir/news/azərbaycan-i274358-ermənistan_sutka_ərzində_atəşkəs_rejimini_158_dəfə_pozub
Azərbaycan Respublikası Müdafiə Nazirliyi bəyanat yayaraq son 24 saat ərzində atəşkəs rejiminin Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən 168 dəfə pozulduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 27, 2017 07:25 Asia/Baku
  • Ermənistan Sutka ərzində atəşkəs rejimini 158 dəfə pozub

Azərbaycan Respublikası Müdafiə Nazirliyi bəyanat yayaraq son 24 saat ərzində atəşkəs rejiminin Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən 168 dəfə pozulduğunu bildirib.

Azərbaycan Müdafiə Nazirliyinin rəsmi portalının yaydığı bəyanatda bildirilir: Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 60 millimetrlik minaatanlardan da (3 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 158 dəfə pozub.
Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar, Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Ağbulaq kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Qaraqaşlı, Şirvanlı, Sarıcalı, Acarlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.