İran ilə AR arasında şose yolu rüsumları azalacaq
https://azeri.sahartv.ir/news/azərbaycan-i274532-İran_ilə_ar_arasında_şose_yolu_rüsumları_azalacaq
İran ilə Azərbaycan R. arasındakı razılaşmaya görə, avqustun səkkizindən etibarən yük maşınlarının rüsumu hazırkı 160 dollardan 100 dollaradək azalacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 28, 2017 12:15 Asia/Baku
  • İran ilə AR arasında şose yolu rüsumları azalacaq

İran ilə Azərbaycan R. arasındakı razılaşmaya görə, avqustun səkkizindən etibarən yük maşınlarının rüsumu hazırkı 160 dollardan 100 dollaradək azalacaq.

İranın Bakıdakı səfirliyinin iqtisadiyyat attaşesi Mohəmməd Ebrahimi bu xəbəri verərək, deyib: Bu razılaşma iki ölkənin müştərək iqtisadi həmkarlıq komissiyasının ötən ilin otuz dekabrında Naxçıvanda keçirilmiş on birinci iclasında əldə olunub və avqustun səkkizi səhər tezdən icra olunacaqdır.

O, iki ölkənin ticarət mübadiləsinin artması, eləcə də iki tərəfin idxalat və ixracat mallarının daşınması xərclərinin azalması, həmçinin Azərbaycan Respublikasından Gürcüstan və Rusiya kimi digər ölkələrə gedib-gələn iranlı yük maşınları üçün nəqliyyat xərclərinin azalmasını şose yolu üzrə rüsumların azaldılmasının məziyyətlərindən adlandırıb.

Qeyd edək ki, ötən günəş ilində İranın Yol Mühafizəsi Təşkilatının Tranzit və Beynəlxalq Nəqliyyat Ofisinin statistikalarına əsasən, 51473 iranlı yük maşını Azərbaycan Respublikasına və 50831 azəri yük maşını da İrana səfər edibdir.