İran və Azərbaycan R-nın parlament sədrləri görüşüblər
İran İslam Şurası Məclisinin sədri dünən Avrasiya parlament sədrlərinin iclası kənarında Azərbaycan Respublikası Milli Məclisinin sədri ilə görüşüb.
IRIB-nin məlumatına görə, İran İslam Şurası Məclisinin sədri Əli Laricani Azərbaycan Respublikasının parlament sədri Oktay Əsədovla görüşdə belə deyib: Azərbaycan Respublikası İran İslam Respublikası ilə dost, qardaş və qonşu ölkədir; odur ki, İran iki ölkə arasında həmkarlıq yollarını açıq qoyubdur.
Azərbaycan Respublikası Milli Məclisinin sədri də bildirib ki, iki ölkə əlaqələrinin səviyyəsi yüksəkdir və qarşılıqlı parlament səfərləri qarşılıqlı əlaqələrin hərəkətvericisi kimi təsirli rol oynaya bilər. O, qeyd edib ki, İran və Azərbycan Respublikası beynəlxalq iclaslarda qanun çərçivəsində bir-birilərinin mövqelərini himayə edirlər.
Laricani bazar ertəsi günü İranın iştirakı ilə keçən ildən formalaşmış Avrasiya parlament sədrlərinin ikinci iclasında iştirak etmək üçün Seula səfər etdi. Bu iclas dünən bir bəyanat yayaraq, öz işini başa vurdu.