Azərbaycan R. müdafiə naziri Ermənistan müdafiə nazirinin sözlərinə reaksiya verib
Azərbaycan Respublikasının müdafiə naziri Ermənistan müdafiə nazirinin ötən on gündə hərbi qüvvələrin tələfatı və Azərbaycan Respublikasının ordusuna zərbə vurmaq barədə yalan statistika və məlumatlar verməsinə reaksiya verib.
Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov Ermənistanın müdafiə naziri Vigen Sarkisyanın ötən on gündə Azərbaycan Respublikasının ordusuna zərbə vurmağa və bu ölkə hərbçilərindən səkkiz nəfərin öldürülməsinə dair sözlərini bir növ satira və ağ yalan adlandırıb və bu əsassız sözlərdə məqsədi, təbliğat adlandırıbdır.
Azərbaycan Respublikasının müdafiə naziri sonra bildiribdir ki, Ermənistan ordusunun Azərbaycan Respublikasının ordusuna zərbə vurmaq imkanı nə hərbi cəhətdən, nə də ki, insani qüvvə və iqtisadi baxımdan mümkün deyil və məhz Azərbaycan Respublikasının ordusu güclü və modern hərbi təchizatlarla Ermənistanın hədələrinə cavabda işğal olunmuş əraziləri geri almağa qadirdir.
Azərbaycan Respublikasının müdafiə naziri əlavə edib: Ermənistanın müdafiə naziri ölənlərin sayının təqdimində yaxşı olardı ki, öz ölkəsinin ölüləri ilə məşğul olsun və öz hərbçilərinin öldürüldüyünü bildirməyən ölkə məhz Ermənistanın özüdür və əgər bu cəfəngiyyatın yerinə, Azərbaycan Respublikası ordusunun Ermənistan ordusunun təcavüzünə cavabı nəticəsində məhv edilən öz ordusunun ölülərinin dəqiq sayını elan edərsə, onda Sarkisyan doğru danışan olacaqdır.