İranda Azərbaycan R-nın mədəniyyət həftəsi
https://azeri.sahartv.ir/news/azərbaycan-i274748-İranda_azərbaycan_r_nın_mədəniyyət_həftəsi
Azərbaycan Respublikasının İran İslam Respublikasında mədəniyyət həftəsi iyulun üçündə başlayaraq, müxtəlif tədbirlərin keçirilməsilə bir həftə müddətinə Tehranda və İsfahanda davam edəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 30, 2017 15:05 Asia/Baku
  • İranda Azərbaycan R-nın mədəniyyət həftəsi

Azərbaycan Respublikasının İran İslam Respublikasında mədəniyyət həftəsi iyulun üçündə başlayaraq, müxtəlif tədbirlərin keçirilməsilə bir həftə müddətinə Tehranda və İsfahanda davam edəcək.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi bildiribdir ki, müştərək mədəniyyət və incəsənət əməkdaşlıqlarının genişləndirilməsi, iki ölkə xalqlarını iki tərəfin mədəniyyət və incəsənəti ilə tanış etmək, Azərbaycan Respublikasının turizm qabiliyyətləri və bu ölkənin turizm sənayesinin beynəlxalq perspektivlərinin təqdim olunması mədəniyyət həftəsinin keçirilməsinin hədəflərindəndir.

Bu məlumatda qeyd olunur ki, Azərbaycan Respublikasının İran İslam Respublikasında keçiriləcək mədəniyyət həftəsində iştirak edəcək nümayəndə heyətinə Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev başçılıq edəcək. Məlumatda deyilir ki, bu səfər zamanı o, iranlı rəsmilərlə də görüşlər keçirəcəkdir.

Bu həftə çərçivəsində Tehranda bir çox tədbirlərin keçirilməsi, o sıradan turizm sərgisi, Azərbaycan Respublikasının aşpazlıq mədəniyyəti və miniatür kitabları sərgisi, bir neçə filmin nümayiş etdirilməsi, musiqili teatr tamaşası və konsert proqramı nəzərdə tutulubdur.

Bu həftə zamanı həmçinin iki ölkə musiqiçilərinin həmkarlığı ilə İsfahan şəhərində konsert proqramı icra olunacaqdır.