Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşə hazırlaşırlar
https://azeri.sahartv.ir/news/azərbaycan-i274790-azərbaycan_və_ermənistan_xarici_işlər_nazirləri_görüşə_hazırlaşırlar
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan iyulun 11-də Avstriyanın Mauerbax şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi görüşü çərçivəsində görüşəcəklər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 01, 2017 05:21 Asia/Baku
  • Məmmədyarov və Nalbandyan
    Məmmədyarov və Nalbandyan

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan iyulun 11-də Avstriyanın Mauerbax şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi görüşü çərçivəsində görüşəcəklər.

Bu barədə RİA Novosti məlumat yayıb.

 Bildirilir ki, həmsədrlər regiona son səfərləri zamanı görüşün həmin vaxt keçirilməsini təklif ediblər.

Məmmədyarov və Nalbandyanın görüşündə ATƏT-in Minsk qrupunun üç həmsədri də qatılacaq.

Görüşün faktiki nəticələri nə olacaq, hələ bəlli deyil.