Əliyev "Hacı Cavad" məscidinin sökülməsini özbaşına həyata keçirən vəzifəli şəxsi cəzalandırıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i274862-Əliyev_hacı_cavad_məscidinin_sökülməsini_özbaşına_həyata_keçirən_vəzifəli_şəxsi_cəzalandırıb
Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Bakı şəhərinin "Sovetski" adlanan ərazisində "Hacı Cavad" məscidinin sökülməsinə ölkə başçısı İlham Əliyevin münasibətini açıqlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 01, 2017 15:46 Asia/Baku
  • İlham Əliyev
    İlham Əliyev

Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Bakı şəhərinin "Sovetski" adlanan ərazisində "Hacı Cavad" məscidinin sökülməsinə ölkə başçısı İlham Əliyevin münasibətini açıqlayıb.

Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov APA-ya açıqlamasında bildirib ki, prezidentin tapşırığına uyğun olaraq Yasamal rayonu Şərifzadə küçəsində daha geniş, gözəl və müasir məscidin tikilməsi üçün yer və vəsait ayrılıb, müvafiq tikinti işlərinə başlanıb: "Lakin bəzi vəzifəli şəxslər cənab prezidentin tapşırığının əksinə olaraq, yeni məscid binasının tikintisi başa çatmamış "Hacı Cavad" məscidinin sökülməsi barədə özbaşına qərar qəbul ediblər. Prezident İlham Əliyev məsələ barədə məlumat aldıqdan dərhal sonra həmin vəzifəli şəxslərin ciddi şəkildə cəzalandırılması barədə göstəriş verib".

 

Ə. Həsənov diqqətə çatdırıb ki, bu işin əsas günahkarı olan rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev artıq tutduğu vəzifədən azad edilib.