Dağlıq Qarabağda atəşkəs pozulmaqdadır
İyul 10, 2017 13:20 Asia/Baku
-
Dağlıq Qarabağda atəşkəs pozulmaqdadır
Azərbaycan Respublikası Müdafiə Nazirliyi Dağlıq Qarabağda atəşkəs rejiminin pozulmasının davam etdiyini bildirib.
Azərbaycan Müdafiə Nazirliyi bildirib: Ermənistan silahlı qüvvələri ötən sutka ərzində cəbhənin müxtəlif bölgələrində atəşkəsi 111 dəfə pozublar.
Müdafiə Nazirliyinin məlumatında bildirilir: Ermənistan silahlı qüvvələri ağır silahlardan istifadə edərək Ağstafa, Qazax, Tovuz, Gədəbəy, eləcə də Tərtər və Ağdam rayonlarında cəbhə xəttinə yaxın kəndləri atəşə tutublar.