Rusiyadan alınan hərbi təchizatlar Azərbaycana gətirilib
İyul 11, 2017 09:13 Asia/Baku
-
Rusiyadan alınan hərbi təchizatlar Azərbaycana gətirilib
Azərbaycanın Rusiyadan aldığı hərbi təchizatın daha bir hissəsi ölkəyə gətirilib.
İRİB-nin verdiyi məlumata görə, Azərbaycanın Müdafiə Nazirliyi Rusiyadan alınmış modern hərbi təchizatların ölkəyə gətirilməsindən xəbər verib.
Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, bu təchizatlar iki ölkə arasında imzalanmış hərbi əməkdaşlıq müqaviləsi çərçivəsində Azərbaycana verilib.
Bakı limanına daxil olan hərbi təchizatlar çoxlu sayda ağır artilleriya, raket sistemləri və digər modern hərbi təchizatlardan ibarətdir. Bu silahların dəqiq vurma qabiliyyətinə malik olduğu bildirilir.