İyul 30, 2017 17:54 Asia/Baku
  • AR Müsəlmanlar Birliyi Hərəkatının rəhbəri Qobustan məhbəsinə köçürülüb
    AR Müsəlmanlar Birliyi Hərəkatının rəhbəri Qobustan məhbəsinə köçürülüb

Azərbaycan Respublikası Müsəlmanlar Birliyi Hərəkatının rəhbəri höccətülislam Taleh Bağırzadə dəhşətli Qobustan məhbəsinə köçürülüb.

Qafqaz Mədəniyyət Mərkəzinin məlumatına görə, Taleh Bağırzadənin qohumları bildiriblər ki, Azərbaycan Respublikasının dövlət başçıları onun Qobustan məhbəsinə köçürülməsi üçün heç bir səbəb gətirməyiblər.

2015-ci il noyabrın 26-da, İmam Hüseyn(ə) ərbəini ərəfəsində Bakının ətrafında yerləşən Nardaran qəsəbəsində həbs olunmuş Taleh Bağırzadə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin siyasətlərinin tənqidçilərindən sayılır.

2015-ci il noyabrın 26-da Bakının polis qüvvələrinin Nardaranda keçirdikləri xüsusi əməliyyatda altmışdan çox nəfər, o cümlədən Azərbaycan Respublikası Müsəlmanlar Birliyi Hərəkatının rəhbəri Taleh Bağırzadə həbs olundu. 

Taleh Bağırzadə "qəsdən qətl törətməyə cəhd" və yanında qanunsuz silah gəzdirmək kimi puç ittihamla mühakimə olunaraq, 20 il həbsə məhkum edildi.

Son zamanlar da Azərbaycan Respublikası İslam Partiyasının rəhbəri Möhsün Səmədov dəhşətli Qobustan məhbəsinə köçürüldü.

Möhsün Səmədov 2011-ci ildə Azərbaycan Respublikasındakı məktəblərdə qoyulmuş hicab qadağasına etiraz xarakterli çıxışının ardınca həbs olundu və Azərbaycan Respublikası hökumətini devirməyə cəhd ittihamı ilə 12 il həbsə məhkum edildi.

Teqlər