Qarabağda AR hərbçilərindən biri şəhid olub
https://azeri.sahartv.ir/news/azərbaycan-i278098-qarabağda_ar_hərbçilərindən_biri_şəhid_olub
Azərbaycan Respublikasının bir hərbi qüvvəsi Erməinstan ordusunun Qarabağ məntəqəsində atəş açması nəticəsində həlak olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 30, 2017 16:38 Asia/Baku
  • Qarabağda AR hərbçilərindən biri şəhid olub
    Qarabağda AR hərbçilərindən biri şəhid olub

Azərbaycan Respublikasının bir hərbi qüvvəsi Erməinstan ordusunun Qarabağ məntəqəsində atəş açması nəticəsində həlak olub.

IRIB-nin məlumatına görə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bildiribdir ki, Ermənistan qüvvələri bu gün səhər tezdən Qarabağın müxtəlif məntəqələrini ağır texnikadan atəşə tutublar. Nəticədə Azərbaycan Respublikası ordusunun zabiti, leytenant Hüseyn Əkbərli həlak olubdur.

Bu məlumata əsasən, həmin hücumlarda bəzi yaşayış massivlərinə və mülkilərin əmlakına xəsarətlər dəyibdir.

1994-cü ilin mayında iki münaqişə tərəfi arasında atəşkəs bərqərar edilib, amma ATƏT-in Minsk Qrupunun Qarabağ münaqişəsinin həlli üzrə vasitəçiliyi heç bir nəticə verməyibdir.