İranla Azərbaycan arasında anlaşma imzalanıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i278246-İranla_azərbaycan_arasında_anlaşma_imzalanıb
İran İslam Respublikası və Azərbaycan Respublikası rəhbərləri iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıqların genişləndirilməsi məqsədi ilə əməkdaşlıq sənədi imzalayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 01, 2017 04:37 Asia/Baku
  • İranla Azərbaycan arasında anlaşma imzalanıb
    İranla Azərbaycan arasında anlaşma imzalanıb

İran İslam Respublikası və Azərbaycan Respublikası rəhbərləri iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıqların genişləndirilməsi məqsədi ilə əməkdaşlıq sənədi imzalayıblar.

İRİB-in verdiyi məlumata görə, mədəniyyət üzrə əməkdaşlıq sənədi dünən Bakıda İranın Azərbaycan Respublikasındakı mədəniyyət attaşşesi Əsğər Farsi və Azərbaycan Yazıçılar Birliyinin nəzdində fəaliyyət göstərən Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri Səlim Babullaoğlu imzalayıblar. 

Bu anlaşma sənədinin imzalanması ilə klassik və müasir ədəbiyyatın fars və Azərbaycan dillərinə tərcüməsinə imkan yaranıb.