Azərbaycan prezidenti: “Azərbaycanda İslam həmrəyliyi ilə bağlı heç bir problem yoxdur”
-
İlham Əliyev
“Bizim həmrəyliyimiz, milli müxtəlifliyimiz böyük sərvətimizdir. Təsadüfi deyil ki, keçən il Azərbaycanda “Multikulturalizm İli” elan edilib. Hesab edirəm ki, tarixdə ilk dəfə olaraq belə bir təşəbbüs Azərbaycanda irəli sürüldü”.
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Balakəndə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı deyib.
“Bu, əslində, daha çox xaricə bir mesaj idi ki, birgə yaşamaq, qurmaq, müxtəlif xalqların nümayəndələrinin dostluq, mehribanlıq şəraitində yaşaması mümkündür və bunu Azərbaycanın timsalında hər kəs görə bilər. Bu il isə “İslam Həmrəyliyi İli”dir. Bu da yenə bir çağırışdır. Çünki Azərbaycanda nə multikulturalizmlə, nə də İslam həmrəyliyi ilə bağlı heç bir problem yoxdur.”, - deyə o vurğulayıb.