İran prezidentinin andiçmə mərasimi Azərbaycan medialarında geniş formada işıqlandırılıb
-
İran prezidentinin andiçmə mərasimi Azərbaycan medialarında geniş formada işıqlandırılıb
İran İslam Respublikası prezidenti Həsən Ruhaninin 12-ci prezident olaraq dünən Tehranda keçirilən inauqurasiya mərasimi Azərbaycan mediaları tərəfindən geniş formada işıqlandırılıb.
APA xəbər agentliyi İran prezidentinin andiçmə mərasimi ilə bağlı reportajında bildirib: Həsən Ruhani prezident seçkilərində səslərin 57%-ni əldə edərək, 12-ci prezident seçkilərinin qalibi olmuşdu.
APA İran prezidentinin andiçmə mərasimində Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyini bildirərək, deyib: Həsən Ruhani öz çıxışında qonşu ölkələr ilə əlaqələrin genişləndirilməsinə təkid edib.
İran prezidentinin andiçmə mərasimində iştirak edən Azərbaycan heyətinə parlament sədri Oqtay Əsədov başçılıq edib.
Yeni Müsavat qəzeti də Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin İran prezidentinin andiçmə mərasimində iştirak etdiyinə işarə edərək, bu barədə ətraflı məlumat dərc edib.
Trend informasiya agentliyi Azərbaycanda tanınmış informasiya agentliklərindən biri olaraq İran prezidentinin andiçmə mərasimində yüzdən artıq ölkədən o cümlədən Almaniya, Fransa və İngitlərədən gəlmiş nümayəndələrin iştirak etdiyinə işarə edərək, yazıb: ABŞ-ın İrana qarşı son sanksiyaları nüvə anlaşmasını ciddi sual altına aparıb.
Bu xəbər agentliyi həmçinin, İran prezidentinə istinadla yazıb: İran ABŞ-ın nüvə anlaşmasına qarşı yönəlmiş hərəkətlərini lazımi şəkildə cavab verəcək.
ATV, Space və Xəzər telekanalları da İran prezidentinin andiçmə mərasimi ilə bağlı reportajlar yayımlayıblar.