Azərbaycan R-dan Allah Evinə 600 zəvvar gedəcək
Bu il həcc mərasimini yerinə yetirmək üçün Azərbaycan Respublikasından müqəddəs Məkkə şəhərinə 600 zəvvar gedəcək.
Qafqaz Müsəlmanları İdarəsi Azərbaycan Respublikasından ilk zəvvar qrupunun Allah Evinə yola düşəcəyi tarixi avqustun 24-ü, yerli vaxtla saat altı on dəqiqə elan və belə əlavə edibdir: Zəvvarların köçürülməsi üç gün və hər gün iki üçüş və avqustun 26-dək bütövlükdə altı uçuşla həyata keçiriləcək.
Bu məlumata görə, Azərbaycan Respublikası hacılarının geri dönmələri də avqustun 26-dan 18 gün sonra başlanacaq və zəvvarlar üç gün müddətinə öz ölkələrinə qayıdacaqlar.
Bu il də regionun şəraitinə görə, Azərbaycan Respublikasından zəvvarların Məkkəyə göndərilməsi yalnız təyyarə vasitəsilə həyata keçiriləcək və təmətto həcci səfərinin xərci adambaşına 3850 dollar elan olunubdur.
Keçən il Azərbaycan Respublikasından Allah Evinə 1040 nəfər getmişdi ki, bu miqdar bu il nəzərəçarpacaq azalma ilə 600 nəfərədək tənəzzül edibdir.
Azərbaycan Respublikasında Allah Evi zəvvarlarının qeydiyyatdan keçmələri və yola salınmaları Qafqaz Müsəlmanları İdarəsinin məsuliyyətilə həyata keçir.