Mehman Əliyev Kürdəxanı təcridxanasına köçürüldü
Avq 28, 2017 13:42 Asia/Baku
“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev artıq Kürdəxanı təcridxanasına köçürülüb. Bu haqda məlumatı mediaya onun vəkili Fuad Ağayev verib.
Yasamal Rayon Məhkəməsi Mehman Əliyev barəsində üç aylıq həbs qətimkan tədbiri seçib. Mehman Əliyev vergidən yayınmada, qanunsuz sahibkarlıqda və xidməti səlahiyyətlərdən sui-istifadədə ittiham edilir.
Agentli bildirib ki, “Turan” qanunvericilik ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınıb və vergi uçotundadır.
Mehman Əliyev barəsində seçilmiş həbs qətimkan qərarından apellyasiya şikayəti verilib.