Qəbələ meşəliklərində yanğın davam edir
https://azeri.sahartv.ir/news/azərbaycan-i281289-qəbələ_meşəliklərində_yanğın_davam_edir
Qəbələ Meşə Mühafizəsi və Bərpası müəssisəsinin Abrıx kəndi ətrafındakı Bum meşəbəyliyinin 2 saylı dolayında, yüksək dağlıq və çətin relyefi olan meşə sahəsində baş verən yanğın 80% lokallaşdırılıb. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 02, 2017 11:05 Asia/Baku
  • 
Qəbələ meşəliklərində yanğın davam edir
    Qəbələ meşəliklərində yanğın davam edir

Qəbələ Meşə Mühafizəsi və Bərpası müəssisəsinin Abrıx kəndi ətrafındakı Bum meşəbəyliyinin 2 saylı dolayında, yüksək dağlıq və çətin relyefi olan meşə sahəsində baş verən yanğın 80% lokallaşdırılıb. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

İRİB-in Azərbaycan medialarına istinadən verdiyi məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib: Qəbələ Meşə Mühafizəsi və Bərpası müəssisəsinin Abrıx kəndi ətrafındakı Bum meşəbəyliyinin 2 saylı dolayında, yüksək dağlıq və çətin relyefi olan meşə sahəsində baş verən yanğın 80% lokallaşdırılıb. 

Məlumatda  yanğının baş verdiyi ərazinin sahəsinə toxunulmayıb ammadünən Qəbələ meşəliklərindən 1.5 hektarının yanğına məruz qaldığı bildirilmişdi. 

Qəbələ meşəliklərində yanğın sentyabrın 1-də başlanıb.