Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıda NATO rəsmisi ilə görüşüb
https://azeri.sahartv.ir/news/azərbaycan-i281643-rusiya_silahlı_qüvvələrinin_baş_qərargah_rəisi_bakıda_nato_rəsmisi_ilə_görüşüb
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel Bakıda görüşüblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 08, 2017 06:04 Asia/Baku
  • Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıda NATO rəsmisi ilə görüşüb

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel Bakıda görüşüblər.

Dünən keçirilən bu görüşdə Avropa və Yaxın Şərqdə beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bu görüşdə NATO Hərbi Komitəsinin rəhbərini keçiriləcək “Qərb-2017” strateji təlimlər barədə ətraflı məlumatlandıraraq, onların planlı və müdafiə xarakterli olduğunu, üçüncü ölkələrə qarşı yönəlmədiyini vurğulayıb.

Görüşdə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və NATO Hərbi Komitəsinin rəhbəri ikitərəfli görüşlərin davam etdirilməsinə dair razılığa gəliblər.

Valeri Gerasimov ilə Petr Pavelin Bakı görüşü NATO-nun Rusiya ilə əlaqələri kəsməyə dair qərarından sonra keçirilən ilk görüşdür.

Bakı fevraın 16-da Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov ilə ABŞ ordusunun baş qərargah rəisi Cozef Danfordun görüşünə də ev sahibliyi etmişdir.

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi bu səfər gedişində Azərbaycan Respubliksı prezidenti İlham Əliyev ilə də görüşmüş və onunla iki ölkənin hərbi həmkarlıqlar perspektivini araşdırmışdı.

NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel də Bakı səfərində Azərbaycan Respubliksı ordusunun baş qərargah rəisi ilə görüşübdür.