Qasemi: Qafqaz məntəqəsindəki bütün prosesləri diqqətlə izləyirik
-
Qasemi: Qafqaz məntəqəsindəki bütün prosesləri diqqətlə izləyirik
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Qafqaz məntəqəsindəki sabitlik və sakitlik İran üçün çox önəmlidir. İran daim bu məntəqədə xüsusilə Azərbaycan və Ermənistan arasında konstruktiv səylərə malik olub. Hazırda da bu vasitəçilik və məsləhətləşmələr davam edir.
Bir müddət öncə Azərbaycanın müdafiə naziri Fələstinə səfər etmişdi. Bu səfər zamanı İsrail başçıları ilə bir sıra görüşlər həyata keçirilmişdi. Əlbəttə, bu kimi görüşlər daim İsrailin regiona xərçəngsayağı nüfuzu baxımından şübhəli qəbul edilir. Digər tərəfdən, öncəki illərdə Təl-Əviv mətbatı İsrailin Azərbaycan ilə milyard dollarlıq silah müqaviləsi imzalandığını ifşa etmişdilər. Amma, son zamanlar İsrailin Ermənistana yaxınlaşması ilə, İsrailin Azərbaycana satdığı silahlardan Ermənistan əleyhinə istifadə edilməyəcəyi barədə əminlik yaranmış oldu.
Buna görə də hazırkı məqamda diqqəti özünə cəlb edən sual budur ki, Tehran cərəyan etməkdə olan bu kimi hadisələri diqqət mərkəzində saxlayırmı? Görəsən Tehran öz qırmızı xətlərini qətiyyətli formada izləyirmi? Və hamısından daha önəmlisi görəsən Bakı və İrəvan bu xüsusda aydın açıqlama vermək səlahiyyətinə malikdirlər yoxsa, yox?
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsünün bu həftəki mətbuat konfransı bu suallara cavab tampaq və Xarici İşlər Nazirliyinin bu suallarla bağlı mövqeyini öyrənmək üçün yaxşı fürsət idi.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi İranın həm Azərbaycan, həm də Ermənistan ilə qədim və dərin əlaqələrə malik olduğunu deyərək, əlavə edib: İran İslam Respublikası həm Azərbaycan, həm də Ermənistan ilə çox yaxşı və inkişaf etməkdə olan əlaqələrə malikdir. Üç ölkə rəsmiləri arasında çoxlu görüşlər baş tutub. Və yaxın gələcəkdə bu görüşlər daha yüksək səviyyədə davam edəcək.
Bəhram Qasemi Qafqaz məntəqəsini İran ilə qonşuluqda yerləşən digər məntəqəlr kimi çox önəmli adlandırıb və deyib: Bu məntəqədə sabitlik və sakitlik bizim üçün çox önəmlidir. İran daim bu məntəqədə xüsusilə Azərbaycan və Ermənistan arasında konstruktiv vasitəçiliyə və əməkdaşlığa malik olub. Və bu vasitəçilik və məsləhətləşmələr bundan sonra da davam edəcək.
İran Xarici İşlər Nazirliyinin sözçüsü regionda xüsusi ilə qonşu ölkələrdə cərəyan edən hadisələrin ciddi formada izlənilməsini İran İslam Respublikasının zəruri siyasətlərindən adlandırıb və deyib: İran İslam Respublikasının qırmızı xətləri tamamilə ayndındır və bizimlə əlaqəyə malik olan ölkələr bizim baxışlarımız, mövqelərimiz və qırmızı xətlərimiz ilə tanışdırlar.
Qasemi bəzi qonşu ölkələrin regiondan kənar ölkələr xüsusilə İsrail ilə əlaqələrinin bir qədər həsasslıq yaratdığına da işarə edib və deyib: Lazım gəldiyi təqdirdə, həssaslıq yaradan və ya regionda gərginlik amili ola biləcək rəftarlar barədə bu ölkələr ilə danışıqlar apararaq, iradlarımızı bildirmişik və bundan sonra da lazım gəldiyi zaman öz iradlarımızı bəyan edəcəyik.
Qasemi qonşu ölkələrin İsrail ilə əlaqələri baxımından yaranan nigaranlıq haqda da dedi: İran İslam Respublikası digər ölkələr xüsusilə qonşu ölkələr ilə əlaqələrindən tam aydın məlmata malik olduğu üçün hansısa narahatlığa səbəb yoxdur. Və daim elə bu ölkələrin özləri vasitəsilə xarici siyasət arenasında cərəyan edən olaylardan vaxtında və tam formada məlumatlandırılırıq.