NATO ilə Azərbaycan Respublikası arasında etimadlı əlaqələrin yaranması bildirilib
Sen 26, 2017 15:53 Asia/Baku
-
NATO ilə Azərbaycan Respublikası arasında etimadlı əlaqələrin yaranması bildirilib
NATO-nun cənubi qafqaz və orta asiya üzrə nümayəndəsi deyib: Azərbaycan ilə NATO arasında etimadlı və genişlənməkdə olan əlaqələr yaradılıb.
İRİB-in Bakıdan verdiyi məlumata görə, APA bildirir ki, Ceyms Apta Paveri Ceyrançöl layihəsinin ( Ərazilərin minadan təmizlənilməsi layihəsi) üçüncü mərhələsinin icrası üzrə keçirilən mərasimdə deyib: Bu layihənin icrası əhaliyə xidmət sahəsində bir həddiyədir və bu istiqamətdə əsaslı işlər aparılır və hal-hazırda üçüncü mərhələsi icra edilir.
O Bu layihəni dəstəklədiyini bildirərək deyib: Bu bizim tərəfimizdən faydalı investisiyadır və bu təcrübə Azərbaycan və Gürcüstanda eyni zamanda həyata keçirilmişdir və Əfqanıstanla da bölüşdürülmüşdür.