Bakıda İranın müasir şairlərinin əsərlərindən ibarət kitab nəşr edilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i283689-bakıda_İranın_müasir_şairlərinin_əsərlərindən_ibarət_kitab_nəşr_edilib
İran İslam Respublikasının müasir şairlərinin 31 şer əsəri "Dostun evi haradadır?" adlı kitab formasında Azərbaycan türkcəsində nəşr edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 26, 2017 16:52 Asia/Baku
  • Bakıda İranın müasir şairlərinin əsərlərindən ibarət kitab nəşr edilib
    Bakıda İranın müasir şairlərinin əsərlərindən ibarət kitab nəşr edilib

İran İslam Respublikasının müasir şairlərinin 31 şer əsəri "Dostun evi haradadır?" adlı kitab formasında Azərbaycan türkcəsində nəşr edilib.

İRİB-in Bakı ofisinin verdiyi məlumata görə, İİR-in Azərbaycan Respublikasındakı mədəniyyət ataşesi Əsğər Farsi bu xəbəri verərək deyib: Bu kitabda Nima Yuşic, Sohrab Sepehri və Qeysər Əminpur kimi müasir şairlərin şerləri Azərbaycan Yazıçılar Birliyinin nəşriyyatının əməkdaşlığı ilə çap edilib və İran ədəbiyyatı ilə maraqlananların ixtiyarına verilib. 

Farsi deyib: Bu təşəbbüsdə məqsəd İranın müasir ədəbiyyatı ilə maraqlananları İranda ictimai, siyasi prossesi özündə əks etdirən əsərlərlə tanış etməkdən ibarət olub.