Naxçıvanda bir qrup Hüseyn(ə) əzadarı saxlanıldı
Sen 27, 2017 16:17 Asia/Baku
İranın Radio və Televiziya Təşkilatının Bakı ofisinin "İslamın Səsi" internet portalına istinadla verdiyi məlumata görə, Naxçıvanda Hüsen(ə) əzadarlıq mərasimlərinin keçirilməsinə mane olmaq üçün təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmalar başlanıb.
Bu məlumata görə, Naxçıvan şəhəri, Təzəkənd, Nehrəm və Culfada əzadarlıq mərasimində iştirak edən 10 nəfər saxlanılıb.
İslamın Səsi internet portalı saxlanılan şəxslərin adlarını elan edib və Naxçıvan dindarlarından daxil olan məlumatlar əsasında digər kəndlərdə də oxşar vəziyyətin hökm sürdüyünü bildirib. Onlar, məscidlərə hücumların dayandırılmasını və həbslərin durdurulmasını istəyiblər.