Azərbaycan vətəndaşları Hüseyn (ə) Tasuasında əzadarlıq ediblər
Sen 30, 2017 08:05 Asia/Baku
-
Azərbaycan vətəndaşları Hüseyn (ə) Tasuasında əzadarlıq ediblər
Azərbaycan Respublikası vətəndaşları Kərbəla səhrasının batmaz günəşi, Həzrət Əba Əbdillahil-Hüseyn (ə) və vəfalı yoldaşları, xüsusilə də Kərbəla ələmdarı Həzrət Əbülfəzlül-Abbasın (ə) əzadarlıq mərasimlərində iştirak edərək Əhli-Beytə (ə) sevgilərinin xüsusi cilvələrini əks etdiriblər.
İRİB-in Bakıdakı nümayəndəliyinin məlumatına görə, Şəhidlər Sərvərinin əzadarları ötən gün məscidlər və ibadət məkanlarında kədərlə dolu şüarlar səsləndirərək sinə vurub və Kərbəla qəhrəmanı və Abbas Ələmdarın aşiqləri olduqlarını göstəriblər.
Bu mərasimlərdə yeniyetmə və gənclərin irimiqyaslı iştirakı Hüseyn (ə) məktəbinə olan dərin bağlılığı əks etdirib.
Teqlər