AR eskadrası Ənzəli şəhidlərinin dərəcəsinə hörmət ifadə edib
https://azeri.sahartv.ir/news/azərbaycan-i284449-ar_eskadrası_Ənzəli_şəhidlərinin_dərəcəsinə_hörmət_ifadə_edib
Azərbaycan Respublikasının sülh və dostluq eskadrası İranın Ənzəli limanına yan aldıqdan sonra bu şəhərdə müqəddəs müdafiə şəhidlərinin və adsız şəhidlərin məzarları üstünə gedərək, həmin şəhidlərin dərəcəsinə hörmət ifadə edibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 06, 2017 14:52 Asia/Baku
  • AR eskadrası Ənzəli şəhidlərinin dərəcəsinə hörmət ifadə edib

Azərbaycan Respublikasının sülh və dostluq eskadrası İranın Ənzəli limanına yan aldıqdan sonra bu şəhərdə müqəddəs müdafiə şəhidlərinin və adsız şəhidlərin məzarları üstünə gedərək, həmin şəhidlərin dərəcəsinə hörmət ifadə edibdir.

Azərbaycan Respublikasının sülh və dostluq eskadrası dünən gecə İranın Ənzəli limanına yan alıb.

Bu eskadranın İran sahillərinə səfərdə məqsədi, xəzəryanı ölkələr arasındakı həmkarlığı möhkəmləndirmək elan olunubdur.

İranın şimal eskadrasının komandanı ilə görüş, İran şəhidlərinin yüksək dərəcələrinə hörmətin ifadə olunması, Gilan valisi və Bəndər Ənzəlinin icra başçısı ilə görüşlər, Gilan vilayəti və Bəndər Ənzəli şəhərinin tarixi və turizm mərkəzlərində olmaq bu eskadranın proqramlarından elan olunubdur.

Azərbaycan Respublikasının sülh və dostluq eskadrasının səfəri İran eskadrasının cari ilin iyun ayında həmin ölkəyə olmuş səfərinə cavab olaraq və iranlı eskadranın dəvəti əsasında həyata keçirilib.

İndiyədək İran İslam Respublikası ordusunun dəniz qoşunlarının şimal donanmasından beş eskadra İranın xəzəryanı ölkələrə olan sülh və dostluq mesajını bəyan etmək, əlaqələrin möhkəmləndirilməsi və regionun davamlı təhlükəsizliyinin genişləndirilməsi məqsədilə bu ölkələrə səfər edibdir.