AR-də Aşura günü qan vermiş 122 nəfərin qanında infeksiya müşahidə olunub
Okt 06, 2017 15:36 Asia/Baku
Azərbaycan Respublikasında Aşura günü qan vermiş 122 nəfərin qanında infeksiya müşahidə olunub.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Hematologiya və Qanköçürmə İnstitutunun direktoru Zöhrə Əlimirzayeva bu xəbəri verərək, deyib ki, bu 122 nəfər arasında üç nəfərin QİÇS-ə, 81 nəfərin hepatitə, 38 nəfərin də sifilisə yoluxduğu müəyyən edilib.
O, bildirib ki, təhlükəli infeksiyaya malik olan qanlar yandırılır.
Qafqaz Müsəlmanları İdarəsi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşəbbüsü ilə bu il Aşura günündə 17 məscid və ziyarətgahda və bu ölkənin digər məntəqələrində əzadarlardan qan alınıbdır ki, bütövlükdə 3827 nəfərdən 1722 litr qan toplanıbdır.