İranlı heykəltəraşlar öz ustalıqlarını nümayiş etdiriblər
https://azeri.sahartv.ir/news/azərbaycan-i284503-İranlı_heykəltəraşlar_öz_ustalıqlarını_nümayiş_etdiriblər
Azərbaycan Respublikasında II Beynəlxalq Heykəltəraşlıq Simpozumunda iranlı heykəltəraşlar dünyanın müxtəlif ölkələrinin heykəltəraşları ilə rəqabət aparırlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 07, 2017 09:02 Asia/Baku
  • İranlı heykəltəraşlar öz ustalıqlarını nümayiş etdiriblər
    İranlı heykəltəraşlar öz ustalıqlarını nümayiş etdiriblər

Azərbaycan Respublikasında II Beynəlxalq Heykəltəraşlıq Simpozumunda iranlı heykəltəraşlar dünyanın müxtəlif ölkələrinin heykəltəraşları ilə rəqabət aparırlar.

İRİB-in Bakıdakı nümayəndəliyinin verdiyi məlumata görə, dünyanın 12 ölkəsindən 45 məşhur heykəltəraşın iştirakı ilə Bakının Qala qəsəbəsində açıq səma altında təbii daşlardan müxtəlif mövzuda və tullantılardan incəsənət nümunələrinin yaradılması ilə keçirilir. 

Daşın Nəğməsi adı altında keçirilən bu simpozumun təbii daşlar üzərində heykəltəraşlıq bölməsində iranlı incəsənət ustası Murtaza Şəbani dünyanın 20 heykəltəraşı ilə rəğabət aparır və İran diyarının memarlığına fərqli baxışla məscid mehrabını öz incəsnət əsəri üçü nümunə seçib. 

Bu iranlı heykəltəraş deyib: Mənim əsas ideyam məscid mehrabının bir hissəsidir. İranın zəngin memarlığına fərqli baxışı nümayiş etdirməyə çalışdım. Uzunluğu 120 sm, eni 50 sm və hündürlüyü 2 m olan daş taxta üzərində əsərimi yaratmaq niyyətindəyəm və müxtəlif formalarla nəzərdə tutduğum mehrab ideyasına çatacağam. 

Bu simpoziumun digər bölməsində də müxtəlif ölkələrdən 25 incəsənət ustası şüşə və metal tullantılardan heykəllər yaradırlar. 

Bu bölmədə də iranlı incəsənət ustası Əli Çıraği tovuz heykəlini yaratmaqla öz ustalığını nümayiş etdirir. 

O da tovuzu gözəllik simvolu hesab edib və bildirib: Bu əsərimlə kənara atılan tullantı ilə gözəl əsərlər yaratmağın mümkün olduğunu və ətraf mühiti qorumaqda diqqətli olmağımızı demək istəyirəm. 

Beynəlxalq simpozium oktyabrın 1-dən başlanıb və heykəltəraşlar on gün müddətində öz ideyalarını heykəl formasında təqdim edəcəklər. 

Bu incəsənət ustalarının əsərləri münsiflər heyətinin qərarından sonra 9 oktyabrdan maraqlananlar üçün sərgilənəcək. Sonra isə Bakı şəhərinin müxtəlif məkanlarında incəsənət əsəri kimi istifadə olunacaq.