Həmsədrlərin İlham Əliyevlə görüşü
Okt 07, 2017 13:40 Asia/Baku
Azərbaycan Respublikası prezidenti ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskontini, İqor Popovu, Endrü Şoferi və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşiki qəbul edib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib, gələcək görüşlər haqqında söhbət aparılıb.
Sonra Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun ABŞ-dan olan yeni həmsədri Endrü Şoferə bildirib ki, status-kvo qəbuledilməzdir və Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllində maraqlıdır.