İran və Azərbaycanın ticarət dövriyyəsində vilayətlərin rolu
-
İran və Azərbaycanın ticarət dövriyyəsində vilayətlərin rolu
Ötən bir ildə İranın müxtəlif vilayətləri, xüsusilə də Azərbaycan Respublikası ilə sərhəd vilayətlərdən ticarət və texniki-mühəndislik heyətləri bu qonşu ölkəyə səfər etməklə qeyri-neft sektorunda ticarət dövriyyəsinin artırılması və ticarət əlaqələrinin genişləndirilməsi ardınca olmuşlar.
İRİB-in Bakıdakı nümayəndəliyinin verdiyi məlumata görə, bir neçə gündür Ərdəbil vilayəti mehvər olmaqla İranın müxtəlif vilayətlərindən 36 nəfərdən ibarət ticarət və mühəndislik heyəti Azərbaycan Respublikasına səfərdə ikitərəfli iclaslar təşkil edərək bu ölkə bazarına, həmçinin MDB ölkələrinin bazarlarına daxil olmaq ardıncadır.
Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası rəsmiləri ilə iclasın təşkil olunması İranın tikinti sənayesi və digər texniki-mühəndislik sənayesindəki potensiallarını nəzərə alaraq azərbaycanlı sahibkarlarla texniki-mühəndislik sektorunda əməkdaşlığın araşdırılması üzrə keçirilən iclaslardan idi.