Okt 27, 2017 15:35 Asia/Baku
  • AR dini işlər üzrə dövlət komitəsi İnter.az-a xəbərdarlıq edib
    AR dini işlər üzrə dövlət komitəsi İnter.az-a xəbərdarlıq edib

Azərbaycan Respublikasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini mərasimləri yaymasına görə İnter.az telekanalına xəbərdarlıq edib.

"Qafqaz həqiqətləri" saytının məlumatına görə, Azərbaycan Respublikasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu respublika üçün verilişlər yayan mülayim şiə təmayüllü İnter.az telekanalının monitorinqinin nəticələrini elan edərək, bildirib: İnter.az telekanalında elə verilişlər tapılıbdır ki, Azərbaycan Respublikasının dini durumuna mənfi təsir göstərir.

Azərbaycan Respublikasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri Sadıq Mirzəyev də bu barədə deyib: Bu komitə daimi şəkildə mediaları, o sıradan televiziya kanallarını izləyir və bu izləmələrin nəticələri analiz olunaraq dəyərləndirilir və ona əsasən, lazımı ölçülər götürülür.

O, əlavə edib: Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu məsələləri diqqət mərkəzində saxlayır və öz ixtiyarları çərçivəsində lazımi addımlar atır.

Teqlər

Şərhlər