İlk yük qatarı Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yola salınıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i285918-İlk_yük_qatarı_bakı_tbilisi_qars_dəmir_yolu_xətti_ilə_yola_salınıb
Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi ilə bağlı təntənəli mərasim keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 30, 2017 14:34 Asia/Baku
  • İlk yük qatarı Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yola salınıb
    İlk yük qatarı Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yola salınıb

Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi ilə bağlı təntənəli mərasim keçirilib.

APA-nın məlumatına görə, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından ilk qatarın yola salınması mərasimində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstanın baş naziri Georgi Kvirikaşvili, Qazaxıstanın baş naziri Bakıtjan Saqintayev, Özbəkistanın baş naziri Abdulla Aripov, o cümlədən Qırğızıstan və Tacikistandan nazirlər iştirak ediblər.

"Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibəti ilə sizinlə bir yerdə olmaqdan şadam".

APA-nın məlumatına görə, bunu, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinə həsr olunmuş təntənəli tədbirdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.