Şimal-Cənub dəmiryolu nəqliyyatı ilə bağlı dördtərəfli memorandum imzalanıb
Bu gün Bakıda keçirilən Şimal-Cənub dəmiryolu nəqliyyatı ilə bağlı dördtərəfli iclas dördtərəfli memorandumun imzalanması ilə öz işini başa vurubdur.
Bu ikigünlük iclasın sonunda İran İslam Respublikasının dəmiryolu şirkətinin idarə heyətinin üzvü Hoseyn Aşuri, Rusiya dəmiryolu şirkətinin birinci müavini Vyaçeslav Pavlovski, Azərbaycan Respublikası dəmiryolu şirkətinin müavini İqbal Hüseynov və Belarus dəmiryolu şirkətinin birinci müavini İqor Şilov tərəfindən bir memorandum imzalanıb.
Şimal-Cənub dəmiryolu koridorunun fəallaşdırılması, bu dəmiryolu xəttinin tariflərinin təyin edilməsi, sərhəd problemlərinin həlli, bu dəmiryolu marşrutunda yük daşınması müddətinin qısaldılması, eləcə də Hindistan, Finlandiya, Estoniya və Latviyanın Şimal-Cənub dəmiryolu nəqliyyatının genişləndirilməsi üzrə işçi qrupuna əlavə olunmaları bu memorandumun başlıca mehvərlərindəndir.
İran İslam Respublikasının dəmiryolu şirkətinin idarə heyətinin üzvü Hoseyn Aşuri bu iclasın kənarında IRIB müxbiri ilə müsahibədə deyib: Bu iclasda aparılmış proqramlaşdırmaya əsasən, qərara alındı ki, qarşıdakı iki ay ərzində Astara dəmiryolu stansiyası açılsın. Bu stansiyanın açılması ilə Şimal-Cənub dəhlizinin fəallaşdırılmasına təsirli yardım edilmiş olacaq və İranın Azərbaycan Respublikasına, Rusiyaya və Avropa ölkələrinə ixracatı artacaqdır.
Azərbaycan Respublikası dəmiryolu şirkətinin müavini İqbal Hüseynov da bildiribdir ki, bu iclas dəmiryolu sektorunda İran, Rusiya və Azərbaycan Respublikası başçılarının üçtərəfli sammitinin müqavilələri və hədəflərinin bir hissəsinin reallaşması üçün keçirilibdir.
O, əlavə edib: Şimal-Cənub dəmiryolu istiqamətində yük daşınmasına xidmətin göstərilməsinin keyfiyyətinin artırılması və daha çox yük cəzbi sahəsində yaxşı qərarlar çıxarıldı və biz İran və Azərbaycan Respublikasından Rusiya və Belarusadək yük daşınması həcmini gələn ilin sonunadək ildə iki milyon tona çatdırmaq niyyətindəyik.
Şimal-Cənub dəmiryolu dəhlizinin icrası üzrə işçi qrupu dünəndən bəri yük daşınmasının genişləndirilməsi və bu koridorun fəallaşdırılması hədəfi, eləcə də İran, Rusiya, Azərbaycan Respublikası və Belarusun beynəlxalq şirkətləri və dəmiryolu rəsmilərinin iştirakı ilə Bakıda keçirilibdir.
Bu iclasda qərara alınıbdır ki, bu işçi qrupunun növbəti iclası dekabrın sonlarında elə bu dörd ölkənin iştirakı ilə Bakıda keçirilsin.