Noy 09, 2017 10:05 Asia/Baku
  • Azərbaycanın Avropa Akkreditasiya Təşkilatında şərtli üzvlüyü
    Azərbaycanın Avropa Akkreditasiya Təşkilatında şərtli üzvlüyü

Avropa Akkreditasiya Təşkilatı Azərbaycan Respublikasının bu təşkilatda şərtli üzvlüyü ilə razılaşıb.

Aran Newsun məlumatına görə, Azərbaycan Respublikasının Avropa Akkreditasiya Təşkilatında üzvlüyü xarici ölkələrlə ticarət əlaqələrində texniki maneələrin aradan qaldırılması, akkreditasiya nəticələrinin beynəlxalq səviyyədə tanınması, həmçinin milli akkreditasiya sisteminin daha da təkmilləşdirilməsi, institusional islahatların aparılması, beynəlxalq təşkilatlarla əlaqələrin gücləndirilməsi, personalın bilik və bacarıqlarının artırılması kimi məsələlərdə kömək edəcək. 

Azərbaycan Akkreditasiya Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli fərmanına əsasən, komitə tərəfindən təsis edilmiş bu sahədə milli orqan statusu verilmiş publik hüquqi şəxsdir. Bu mərkəz Qazaxıstanın Milli Akkreditasiya Mərkəzi, Moldovanın Akkreditasiya üzrə Milli Mərkəzi və Belarus Dövlət Akkreditasiya Mərkəzi arasında akkreditasiya sahəsində qarşılıqlı əməkdaşlıqla bağlı ikitərəfli Anlaşma Memorandumları imzalayıb.

Avropa Akkreditasiya Təşkilatı EA bir neçə Avropa dövlətindən təşkil olunan təşkilatdır. Rəsmi şəkildə dövlətlər tərəfindən beynəlxalq standartlar üzrə lisenziyalar verən şirkətlərin dəyərləndirilməsi və təsdiqi üçün yaradılmışdır. 

Teqlər