Bakı AB-nin addımını alqışlayıb
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Avropa İttifaqının Qarabağda fəaliyyət göstərən iqtisadi müəssisələrin fəaliyyəti ilə bağlı xəbərdarlığını alqışlayıb.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev bildirib: Avropa Komissiyasının Qarabağ bölgəsində iqtisadi fəaliyyətlərin nəticələri barədəki xəbərdarlığı, Azərbaycan Respublikası hökumətinin hüquqi və fiziki şəxslərin qeyri-qanuni fəaliyyətlərinin qarşısının alınması üzrə hüquqi tələbləri istiqamətində atılan ilk addımdır.
Hacıyevin sözlərinə görə, Qarabağ ərazilərində fəaliyyət, bu torpaqlarda fəaliyyət göstərən şəxs və şirkətlərin qanuni təqibi ilə nəticələnə bilər. O bunu da bildiribdir ki, bu kimi şəxslərin və şirkətlərin nümayəndələrinin Azərbaycan Respublikasına səfərlərinin qarşısı alınacaqdır.
Avropa İttifaqı Azərbaycan Respublikası ilə Ermənistan arasında mübahisəli Qarabağ torpaqlarında iqtisadi fəaliyyət barədə xəbərdarlıq edərək, bildirib: Azərbaycan Respublikasının qanunlarına əsasən, Dağlıq Qarabağ regionunda və onun ətraf ərazilərində fəaliyyət göstərən Avropa Birliyi müəssisələri mülki və cinayət işləri üzrə məsuliyyətə cəlb oluna bilərlər.
Dağlıq Qarabağ münaqişəsi Ermənistanın Azərbaycan Respublikasına qarşı ərazi iddiasından sonra 1988-ci ildə başlanıbdır.
Ermənistan və Azərbaycan Respublikası qüvvələri arasındakı münaqişə nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və onun yeddi rayonu erməni qüvvələrinin işğalına keçibdir.
1994-cü ilin mayında tərəflər arasında atəşkəs rejimi bərqərar olunub və Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi altında fəaliyyət göstərən Minsk qrupunun bu münaqişənin həlli istiqamətindəki vasitəçiliyi də indiyədək heç bir nəticə verməyibdir.